24 oktyabr 2024. Cümə axşamı

Mbappenin kiçik qardaşı "Real"a keçir?


  • Transfer
  • 11:44 27.02.2024
  • Oxunma sayı: 121
Mbappenin kiçik qardaşı "Real"a keçir?

Kilian Mbappenin kiçik qardaşı olan 17 yaşlı Ethan Mbappe böyük qardaşının ardınca PSJ-dən "Real"a keçə bilər.

90deqiqe.Az xəbər verir ki, bu barədə El Chiringuito məlumat yayıb.

Ethan Mbappe mərkəz və müdafiəyə meyilli yarımmüdafiəçi kimi çıxış edir. Bu mövsüm Ethan gənclər komandasında 22 oyun keçirib, burada beş qol vurub və üç məhsuldar ötürmə edib. Futbolçu PSJ-nin əsas komandasında 3 oyuna çıxıb. Transfermarkt internet portalı oyunçunu 500 min avro dəyərində qiymətləndirir.

Xatırladaq ki, daha əvvəl 25 yaşlı Kilian Mbappenin "Real Madrid"lə müqavilənin son detallarını razılaşdırdığı bildirilirdi. Müqavilə 2024-cü il iyulun 1-dən qüvvəyə minəcək. Los Blancos Mbappenin transferini yaxın həftələrdə tamamlamaq istəyir, lakin onun transferini yalnız mövsüm bitdikdən sonra elan edəcək.







Transfer