27 iyul 2024. Şənbə

Ərəbistanı klubları Bruynenin transferində israr edir


  • Transfer
  • 12:15 27.02.2024
  • Oxunma sayı: 94
Ərəbistanı klubları Bruynenin transferində israr edir

“Mançester Siti”nin və Belçika millisinin yarımmüdafiəçisi Kevin De Bruyne Səudiyyə klublarının diqqətini cəlb etməyə davam edir.

90deqiqe.Az xəbər verir ki, bu barədə məşhur jurnalist və insayder Saşa Tavolieri "X" sosial şəbəkəsində (keçmiş Twitter) yazıb.

O, Kevinin Səudiyyə Ərəbistanı klublarından hələlik heç bir təklif almadığını, lakin bunun, Avro 2024-dən sonra baş verə biləcəyini qeyd edib.  Ərəbistanı klubları yarımmüdafiəçini daxili çempionatı gücləndirmək üçün prioritet namizəd hesab edirlər.

Qeyd olunur ki, De Bruyne özü də Səudiyyə Ərəbistanı Pro Liqasında qüvvəsini sınamağa qarşı deyil.

Belçikalı yarımmüdafiəçi 2015-ci ildən "Mançester Siti"də çıxış edir. Bu müddət ərzində belçikalı “vətəndaşlar”la birlikdə UEFA Çempionlar Liqası da daxil olmaqla 17 kubok qazanıb. Bu mövsüm De Bruyne bütün turnirlərdə 11 oyun keçirib, iki qol vurub və 8 məhsuldar ötürmə edib. Futbolçunun ingilis klubu ilə müqaviləsi 2025-ci ilin iyunun sonuna kimi qüvvədədir. Transfermarkt internet portalına görə futbolçunun təxmini dəyəri 60 milyon avrodur.







Transfer

PSJ-ni  "Arsenal"a dəyişir
  • Transfer
  • 12:35 26.07.2024
PSJ-ni "Arsenal"a dəyişir