24 dekabr 2025. Çərşənbə

"Çelsi"nin futbolçusu "Arsenal" və "Yuventus"un hədəfində


  • Transfer
  • 19:20 27.02.2024
  • Oxunma sayı: 174
"Çelsi"nin futbolçusu "Arsenal" və "Yuventus"un hədəfində

"Çelsi"nin futbolçusu Mixail Mudrik yay transfer pəncərəsində komandadan ayrıla bilər.

90deqiqe.Az "The Athletic"ə istinadən xəbər verir ki, ukraynalı futbolçunun xidmətində Arsenal" və "Yuventus" klubları maraqlıdır.

“Topçular” icarə variantı ilə yanaşı Mudrikin tam transferini nəzərdən keçirir. "Yuventus" da mübarizəyə qoşulub və Mudriklə müqavilə bağlaya bilər.

Xatırladaq ki, daha əvvəl bildirilmişdi ki, “Çelsi”nin məşqçilər korpusu, yəni baş məşqçi Maurisio Poçettino Mudrikin klub sistemində uğurlu işləmək üçün lazım olan futbol intellektinə malik olmadığını düşünür. Həmçinin, “Çelsi”nin məşqçilər korpusu oyunçunun hücumları tamamlamaq və birləşmək qabiliyyətini şübhə altına alır. Bu səbəbdən londonlular yayda 23 yaşlı futbolçu ilə ayrılmağa hazırdırlar.







Transfer

“Real”ı “Lion”a dəyişdi
  • Transfer
  • 20:54 23.12.2025
“Real”ı “Lion”a dəyişdi