27 iyul 2024. Şənbə

"Keçən yay üç Avropa klubuna qoşulmağa çox yaxın idim"


  • Transfer
  • 21:21 27.02.2024
  • Oxunma sayı: 122
"Keçən yay üç Avropa klubuna qoşulmağa çox yaxın idim"

Portuqaliya millisinin yarımmüdafiəçisi Ruben Neveş ötən ilin yay transfer pəncərəsində Avropanın top klublarından birinə uğursuz transferindən danışıb.

90deqiqqe.Az xəbər verir ki, 26 yaşlı futbolçu  "Barselona" və  "Arsenal"ın maraqlandığını lakin sonradan baş tutmadığını bildirib.

"Keçən yay üç Avropa klubuna qoşulmağa çox yaxın idim, lakin bu baş vermədi. "Barselona" ilə seçim konkret deyildi, hər şey çox yaxın idi.Düzünü desəm, "Arsenal" müqaviləsi ilə də eyni şey oldu. O, qabaqcıl mərhələdə idi və sonra hər şey çökdü” 

Neves 2023-cü ilin yayında 55 milyon avroya "Vulverhempton"dan "Əl-Hilal"a keçib.Bu mövsüm yarımmüdafiəçi bütün turnirlərdə 34 oyun keçirib və 5 qol vurub və 9 məhsuldar ötürmə edib. Futbolçunun Səudiyyə klubu ilə müqaviləsi 2026-cı ilin iyunun sonuna kimi qüvvədədir. Transfermarkt internet portalına görə futbolçunun təxmini dəyəri 40 milyon avrodur.







Transfer

PSJ-ni  "Arsenal"a dəyişir
  • Transfer
  • 12:35 26.07.2024
PSJ-ni "Arsenal"a dəyişir