8 sentyabr 2024. Bazar günü

Naqelsmann "Nyukasl"ı çalışdıra bilər


  • Transfer
  • 19:59 28.02.2024
  • Oxunma sayı: 76
Naqelsmann "Nyukasl"ı çalışdıra bilər

"Nyukasl Yunayted" klubu yayda baş məşqçi postuna  Almaniya millisinin çalışdırıcısı Julian Naqelsmannı gətirmək istəyir.

90deqiqqe.Az xəbər verir ki, bu barədə jurnalist Kristian Falk "X" sosial şəbəkəsində (keçmiş Twitter) yazıb.

Alman  mütəxəssisin milli komanda ilə müqaviləsi 2024-cü il Avropa çempionatının sonuna qədərdir. Eyni zamanda, almaniyalı mütəxəssis beynəlxalq turnirdən sonra fəaliyyətini harada davam etdirəcəyini hələ bilmir. Bundan əlavə, Naqelsmannın maraqlarını "Nyukasl Yunayted"in müdafiəçisi Fabian Şerin işləri ilə məşğul olan eyni agentlik təmsil edir.

Xatırladaq ki, əvvəllər Naqelsmannın mövsümün sonunda Tomas Tuxelin, Yurgen Kloppun yayda gedəcəyi “Liverpul”un və “Borussiya Dortmund”un baş məşqçi postuna namizəd olduğu bildirilirdi. Rəhbərliyi komandanın hazırkı nəticələrindən razı deyil.







Transfer

Andre Qomeş Fransa klubunda
  • Transfer
  • 22:32 06.09.2024
Andre Qomeş Fransa klubunda