- Transfer
- 18:38 24.11.2024
"Sportinq"in yarımmüdafiəçisi Morten Julmann yay transfer pəncərəsində "Mançester Yunayted"ə keçə bilər.
90deqiqqe.Az xəbər verir ki, “qırmızı şeytanlar”ın rəhbərləri 24 yaşlı yarımmüdafiəçinin gedişatını izləmək üçün sistemli şəkildə Portuqaliya klubunun oyunlarına skautlar göndərirlər. Mankunianlılar yaxın vaxtlarda danimarkalı futbolçunu almaq təklifi ilə çıxış edə bilər.
Julmann keçən yay 18 milyon avroya "Leççe"dən "Sportinq"ə keçib.Bu mövsüm yarımmüdafiəçi Lissabon komandasının heyətində bütün yarışlarda 34 oyun keçirib və iki qol vurub və iki məhsuldar ötürmə edib. Futbolçunun Portuqaliya klubu ilə müqaviləsi 2028-ci ilin iyun ayının sonuna qədər qüvvədədir. Transfermarkt internet portalına görə futbolçunun təxmini dəyəri 26 milyon avrodur.