22 oktyabr 2024. Çərşənbə axşamı

"Mançester Siti" Duqlas Luizi transfer etmək istəyir


  • Transfer
  • 23:15 28.02.2024
  • Oxunma sayı: 98
"Mançester Siti" Duqlas Luizi transfer etmək istəyir

"Aston Villa"nın yarımmüdafiəçisi Duqlas Luiz yenidən "Mançester Siti"nin futbolçusu ola bilər.

90deqiqqe.Az "Football Insider"ə istinadən xəbər verir ki, “Siti”nin baş məşqçisi Pep Qvardiola 25 yaşlı yarımmüdafiəçinin böyük fanatıdır. "Şəhərlilər" yaxın gələcəkdə Luizi almaq təklifi ilə Birmingem rəhbərliyinə müraciət edəcək. Braziliyalı oyunçu ötənilki çempiona 120 milyon avroya başa gələ bilər.

Xatırladaq ki, braziliyalı 2017-2019-cu illərdə “şəhərlilər”də top qovub.

Duqlas Lui 2019-cu ildən "Aston Villa"da çıxış edir. Bu mövsüm yarımmüdafiəçi "Birmingem"in heyətində bütün turnirlərdə 37 oyun keçirib və 10 qol vurub və 7 məhsuldar ötürmə edib. Futbolçunun hazırkı klubu ilə müqaviləsi 2026-cı ilin iyunun sonuna kimi qüvvədədir. Transfermarkt internet portalına görə futbolçunun təxmini dəyəri 60 milyon avrodur.







Transfer