22 aprel 2026. Çərşənbə

Haaland "Barselona"ya keçə bilər


  • Transfer
  • 10:36 29.02.2024
  • Oxunma sayı: 201
Haaland "Barselona"ya keçə bilər

"Mançester Siti"nin hücumçusu Erlinq Haaland karyerasını İspaniyada davam etdirə bilər.

90deqiqqe.Az xəbər verir ki, forvardın agenti İspaniyada "Barselona"nın idman direktoru Deko ilə görüşüb. Nümayəndələr norveçlinin potensial transferini müzakirə ediblər.

Haalandın müqaviləsində 200 milyon avro sərbəst buraxılma maddəsi var.

Xatırladaq ki, 23 yaşlı futbolçunun "şəhərlilər" ilə hazırkı müqaviləsi 2027-ci ilə qədərdir. 

Bu mövsüm norveçli "Mançester Siti"nin heyətində bütün turnirlərdə 30 oyun keçirib, 27 qol vurub və 6 məhsuldar ötürmə edib.







Transfer

Alvares üçün 200 milyon avro
  • Transfer
  • 22:13 20.04.2026
Alvares üçün 200 milyon avro