24 oktyabr 2024. Cümə axşamı

"Barselona" 16 yaşlı futbolçu ilə maraqlanır


  • Transfer
  • 11:36 29.02.2024
  • Oxunma sayı: 126
"Barselona" 16 yaşlı futbolçu ilə maraqlanır

"Barselona" "River Pleyt"də çıxış edən 16 yaşlı yarımmüdafiəçi Franko Mastantuononu transfer etməyi hədəfləyir.

90deqiqqe.Az "Sport.es"ə istinadən xəbər verir ki, kataloniyalı bosslar gənc 16 yaşlı futbolçunu almaq imkanlarını araşdırır. Qeyd olunur ki, argentinalı vunderkind üçün təzminat məbləği təxminən 25 milyon avro təşkil edir.Futbolçu meydana yarımmüdafiənin mərkəzində və hücumun sağ cinahında daxil ola bilər.

Mastantuono 2019-cu ildən River Plate sistemindədir. Bu mövsüm yarımmüdafiəçi komandasının heyətində bütün turnirlərdə səkkiz oyun keçirib və bir qol vurub. Futbolçunun Argentina klubu ilə müqaviləsi 2025-ci ilin iyunun sonuna kimi qüvvədədir.

Daha əvvəl "Barselona"nın Almaniya millisinin müdafiəçilərindən birinə maraq göstərdiyi məlum olub.







Transfer