24 oktyabr 2024. Cümə axşamı

"Liverpul"un yay planı


  • Transfer
  • 15:20 29.02.2024
  • Oxunma sayı: 109
"Liverpul"un yay planı

"Liverpul" bu yay "Brentford"un vingeri Brayan Mbemonu transfer edə bilər.

90deqiqqe.Az-ın "Daily Express"ə istinadən məlumatına görə, Mersisaydlılar "Brentford" Çempionşipə düşərsə, 24 yaşlı futbolçu üçün təklif göndərəcəklər. Belə olan halda fransız vinger transfer bazarında sərfəli qiymətə satılacaq.

"Brentford" hazırda İngiltərə Premyer Liqasının turnir cədvəlində 16-cı yerdədir və aşağı liqadan 5 xal geridədir. Eyni zamanda 18 Lutonun əlində bir matç var. Mbemo bu mövsüm İngiltərə çempionatında 7 qol vurub və 3 məhsuldar ötürmə edib. Fransız futbolçu 2019-cu ildən komandasında çıxış edir.







Transfer