22 oktyabr 2024. Çərşənbə axşamı

“Çelsi” qapıçısını İsveç klubuna göndərdi


  • Transfer
  • 15:27 29.02.2024
  • Oxunma sayı: 87
“Çelsi” qapıçısını İsveç klubuna göndərdi

"Çelsi" klubu qapıçısı Lukas Berqströmu icarə əsasında İsveçin "Brommapojkarna" klubuna göndərib.

90deqiqe.Az xəbər verir ki, bu barədə London komandasının mətbuat xidməti məlumat yayıb.

Finlandiyalı oyunçu "zadəganlar"la əmək müqaviləsini 2025-ci ilin yayına qədər uzadıb və bu ilin sonuna kimi icarəyə verilib.

Qeyd edək ki, 21 yaşl qapıçı“Çelsi”nin əsas komandasında hələ bir dəfə də olsun rəsmi oyun keçirməyib. Transfermarkt portalının məlumatına görə, qapıçının qiyməti 800 min avrodur. "Çelsi" hazırda 25 matçdan sonra 35 xalla İngiltərə çempionatının turnir cədvəlində 11-ci yerdədir.







Transfer