27 iyul 2024. Şənbə

"Napoli" Jorjinyonu pulsuz transfer etmək istəyir


  • Transfer
  • 17:28 29.02.2024
  • Oxunma sayı: 93
"Napoli" Jorjinyonu pulsuz transfer etmək istəyir

"Arsenal" klubunun yarımmüdafiəçisi Jorjinyo yayda komandasını dəyişə bilər.

90deqiqe.Az xəbər verir ki, neapollular cari mövsümün sonunda əmək müqaviləsi başa çatan italiyalı yarımmüdafiəçinin pulsuz transfer variantını nəzərdən keçirir.

Yayda Jorjinyo uğrunda Premyer Liqa, Türkiyə və Səudiyyə Ərəbistanı klublarının mübarizə aparacağı bildirilir.

2023/24 mövsümündə Jorginho bütün turnirlər daxil olmaqla 25 matçda meydana çıxıb, bir qol vurub və bir məhsuldar ötürmə edib.

Qeyd edək ki, daha əvvəl futbolçunun agenti futbolçunun İtaliyaya qayıda biləcəyini istisna etmirdi.







Transfer

PSJ-ni  "Arsenal"a dəyişir
  • Transfer
  • 12:35 26.07.2024
PSJ-ni "Arsenal"a dəyişir