14 iyul 2026. Çərşənbə axşamı

Ərəblərdən De Bruyne üçün inanılmaz təklif


  • Transfer
  • 10:45 02.03.2024
  • Oxunma sayı: 261
Ərəblərdən De Bruyne üçün inanılmaz təklif

Səudiyyə klublarından biri "Mançester Siti"nin yarımmüdafiəçisi Kevin De Bruyneni transfer etmək istəyir.

90deqiqe.Az xəbər verir ki, bu barədə jurnalist Nikolo Şira  "X" sosial şəbəkəsində (keçmiş Twitter) yazıb.

Onun sözlərinə görə, adı açıqlanmayan komanda 32 yaşlı belçikalı üçün “inanılmaz” təklif hazırlayır. Söhbət 2027-ci ilə qədər olan müqavilədən gedir. Yarımmüdafiəçinin "şəhərlilər"lə hazırkı müqaviləsi 2025-ci ilin yayında başa çatır.

Qeyd edək ki, 2024-cü ildə 32 yaşlı De Bruyne bütün turnirlərdə 10 oyun keçirib və qol+pas sistemindən istifadə edərək 12 xal toplayıb. O, bu görüşlərdə iki qol vurub, 10 məhsuldar ötürmə edib. Belçikalı yarımmüdafiəçi zədə səbəbindən cari mövsümün çox hissəsini buraxdı, 2023-cü ilin avqustunda cari mövsümün payız hissəsində cəmi iki matçda iştirak etdi.

Xatırladaq ki, bu yaxınlarda İngiltərə kubokunun 1/8 final mərhələsinin “Luton”la oyununda (6:2) belçikalı assistent-pokerə imza atmışdı.







Transfer

Hazard doğma klubuna qayıtdı
  • Transfer
  • 23:20 13.07.2026
Hazard doğma klubuna qayıtdı