14 iyul 2026. Çərşənbə axşamı

PSJ "Real"ın fubolçusunu 130 milyon avroya ala bilər


  • Transfer
  • 14:04 03.03.2024
  • Oxunma sayı: 166
PSJ "Real"ın fubolçusunu 130 milyon avroya ala bilər

"Real Madrid" vacib oyunçularından birini sata bilər.

90deqiqqe.Az "Todofichajes"ə istinadən xəbər verir ki, Fransanın PSJ klubu yarımmüdafiəçi Aurelien Tçuameni  ilə müqavilə bağlamaq niyyətindədir.

Paris nəhəngləri yay transfer pəncərəsində fransalı futbolçunu heyətinə qatmağa cəhd etmək niyyətindədir. Kral klubu da öz növbəsində danışıqlara hazırdır. Los Blankos Aurelienin satışından 130 milyon avro qazanmaq istəyir.

Tçuameni   özü də karyerasını vətənində davam etdirməyin əleyhinə deyil. 24 yaşlı müdafiəçi yarımmüdafiəçi 2022-ci ilin yayında "Monako"dan "Real Madrid"ə keçib. Yarımmüdafiəçinin Madrid nəhəngi ilə əmək müqaviləsi 2028-ci ilin ortalarına qədərdir.







Transfer

Hazard doğma klubuna qayıtdı
  • Transfer
  • 23:20 13.07.2026
Hazard doğma klubuna qayıtdı