24 oktyabr 2024. Cümə axşamı

"Bavariya" onun üçün 75 milyon avro ödəməyə hazırdır


  • Transfer
  • 16:34 04.03.2024
  • Oxunma sayı: 80
"Bavariya" onun üçün 75 milyon avro ödəməyə hazırdır

"Barselona"nın yarımmüdafiəçisi Pedri Avropa nəhənglərindən birinin maraq dairəsindədir.

90deqiqe.Az-ın "Todofichajes"ə istinadən məlumatına görə, 21 yaşlı futbolçu ilə "Bavariya" maraqlanır. Alman nəhəngi yay transfer pəncərəsində heyətini ispaniyalı ilə gücləndirmək niyyətindədir.

Münhen klubu Pedrinin transferi üçün 75 milyon avro və bonuslar ödəməyə hazırdır.

Yarımmüdafiəçinin "Barselona" ilə müqaviləsi 2026-cı ilin yayına kimi nəzərdə tutulub.

Bu mövsüm "Bavariya" lider Bayer Leverkuzendən on xal geri qalaraq ikinci yerdədir.







Transfer