- Transfer
- 19:23 11.04.2026
"Manchester United”in qapıçısı David De Geanın klubdakı gələcəyi bəlli olub.
Corner.az “Mirror”a istinadən xəbər verir ki, “qırmızı şeytanlar”, ispaniyalı qapıçı ilə yeni müqavilə üçün anlaşıb. Manchester klubu De Gea ilə 5 illik müqavilə bağlayacaq.28 yaşlı qapıçının məvacibi isə illik 15 milyon avrodan 22,5 milyon avroya yüksəlib.
Bununla da, De Gea dünyanın ən çox qazanan qapıçı ünvanına sahib olacaq.
Qeyd edək ki, De Gea 2011-ci ildən Manchester United'də çıxış edir.