27 iyul 2024. Şənbə

PSJ-nin Mbappe sonrası planı suya düşdü


  • Transfer
  • 19:55 04.03.2024
  • Oxunma sayı: 91
 PSJ-nin Mbappe sonrası planı suya düşdü

İllərdir PSJ-yə keçidi ilan hekayəsi olan Kilian Mbappe komandadan ayrılmaq qərarına gəlib. Fransa komandası ulduz futbolçusunu əvəzləmək üçün transferdə diqqətini Rafael Leaoya yönəltmişdi. PSJ-nin iddialarına portuqaliyalı vinger Rafael Leaodan cavab gəlib.

90deqiqe.az xəbər verir ki, Rafael Leao açıqlamasında Milanı tərk etməyi planlaşdırmadığını bildirib.

Portuqaliyalı ulduz futbolçu; "Karyeramı "Milan"ın forması altında davam etdirəcəm. Qarşıdakı 4 illik müqaviləm var, "Milan" çətin anlarımda mənə kömək etdi və belə şeyləri unutmuram. Bu, mənim diqqətimdir. Milanda yenidən uğur qazanmaq istəyirəm. ." Sözlərini dedi.

Rafael Leao bu mövsüm "qırmızı-qaralar"ın heyətində A Seriyasında 24 matçda 4 qol vurub, 8 məhsuldar ötürmə edib. Leaonun komandası ilə 2028-ci ilin yayına qədər müqaviləsi var.







Transfer

PSJ-ni  "Arsenal"a dəyişir
  • Transfer
  • 12:35 26.07.2024
PSJ-ni "Arsenal"a dəyişir