- Transfer
- 19:23 11.04.2026
Barcelona”dan ayrılacağı iddia edilən və adı “Manchester United”, "Chelsea" və “Liverpool” kimi klublarla yanaşı çəkilən Filippe Koutinyo ilə bağlı açıqlama verilib.
Corner.az “TalkSport”a istinadən xəbər verir ki, braziliyalı futbolçunun meneceri Kia Yoorabşian, futbolçunun İngiltərədə “Liverpool”dan başqa komandada çıxış etməyəcəyini bildirib:“Manchester United” böyük klubdur, mənim orda futbolçularım var və hamısına hörmət edirəm. Amma Filippenin bu kluba transferi çox çətindir. Onun “Liverpool”un rəqiblərindən hansısa birinə transferi çətin görünür. Çünki onun ürəyi “Liverpool”dadır, o, bu klubla daha çox yaxınlığa malikdir.“Liverpool” böyük bir heyət qurub, baş məşqçi orda tarazlıq yaradıb və onlar artıq ölkənin ən yaxşı klublarından biridir. Şübhəsiz, Koutinyo Premyer Liqaya qayıtsa, bu klub “Liverpool” olacaq. Amma hazırda bu, çətin görünür”.
Menecer, futbolçunun “Barcelona”dan ayrılacağı iddiası ilə bağlı məsələyə də toxunub:
“Onun “Barcelona”dan ayrılacağı ilə bağlı söhbətlərdən xəbərsizəm. Klub prezidenti Xosep Maria Bartomeu mənimlə danışdı və Koutinyonun komandada qalmasını istədiyini dedi.Hazırda hər şey yaxşıdır