27 iyul 2024. Şənbə

"Real" Devisə "böyük pul" xərcləməyəcək

Kanadalı


  • Transfer
  • 22:45 04.03.2024
  • Oxunma sayı: 59
"Real"  Devisə "böyük pul" xərcləməyəcək

"Real Madrid" "Bavariya"nın sol cinah müdafiəçisi Alfonso Devisi transfer etmək üçün çox pul xərcləmək niyyətində deyil.

90deqiqe.Az  xəbər verir ki, bu barədə jurnalist Fabrizio Romano "X" sosial şəbəkəsində (keçmiş Twitter) yazıb.

O Los Blancos bosslarının istənilən halda 2025-ci ilin yayında azad agent kimi Devislə müqavilə bağlaya biləcəklərinə əmin olduğunu bu addımı atdığını qeyd edib. Madrid klubu eyni zamanda 23 yaşlı futbolçunun transfer dəyərini qiymətləndirərkən "Bavariya" rəhbərliyinin obyektivliyinə ümid edir. Çünki “Real” artıq kanadalı oyunçu və onun nümayəndələri ilə ilkin razılıq əldə edib.

Devis 2019-cu ildən "Bavariya"da oynayır. Bu mövsüm müdafiəçi Münhen təmsilçisinin heyətində bütün turnirlərdə 28 oyun keçirib, o, bir qol vurub və üç məhsuldar ötürmə edib. Futbolçunun alman klubu ilə müqaviləsi 2025-ci ilin iyunun sonuna kimi qüvvədədir. Transfermarkt internet portalına görə futbolçunun təxmini dəyəri 70 milyon avrodur.







Transfer

PSJ-ni  "Arsenal"a dəyişir
  • Transfer
  • 12:35 26.07.2024
PSJ-ni "Arsenal"a dəyişir