- Transfer
- 18:38 24.11.2024
"Bayer Leverkuzen"in müdafiəçisi Jeremie Frimpong yenidən "Bavariya"nın diqqət mərkəzinə düşüb.
90deqiqe.Az xəbər verir ki, 23 yaşlı futbolçunun çıxışı Münhen klubunun rəhbərlərini heyran edib. Leverkuzen təmsilçisinin indi 40-45 milyon avro qarşılığında futbolçu ilə yolları ayrıla bilər.
Əgər "Bavariya"ya gələcəkdə arxa üçlüklə oynamaq niyyətində olan bir məşqçi rəhbərlik edərsə, Frimponq yay transferi üçün ehtimal olunan namizəddir. Hollandiyalının özü hələ qərar verməyib. Son vaxtlar bir neçə top-klub onunla maraqlanır.
Bu mövsüm Ceremi "Bayer Leverkuzen"in heyətində bütün turnirlərdə 30 oyun keçirib, 10 qol vurub və 9 məhsuldar ötürmə edib.