22 aprel 2026. Çərşənbə

Xavini o əvəz edə bilər


  • Transfer
  • 23:03 05.03.2024
  • Oxunma sayı: 175
Xavini o əvəz edə bilər

"Sportinq"in baş məşqçisi Ruben Amorim yayda "Barselona"nın "sükanı arxasına" keçə bilər.

90deqiqe.Az "The Independent"' istinadən xəbər verir ki, kataloniyalıların rəhbərliyi portuqaliyalı çalışdırıcıyla əməkdaşlıq barədə razılığa gəlməyə yaxındır. 

Bildirilir ki, 39 yaşlı mütəxəssis üçün "Bavariya" və "Liverpul" da mübarizə aparır.

Xatırladaq ki, “Blauqrana”nın hazırkı çalışdırıcısı Xavi cari mövsümün sonunda komandanı tərk edəcək

Amorim 2020-ci ildən "Sportinq"ə rəhbərlik edir. 39 yaşlı çalışdırıcı Lissabon klubunda çıxış etdiyi müddətdə Portuqaliya liqasının və Superkubokunun, həmçinin iki Portuqaliya Liqa Kubokunun qalibi olub.

"Barselona" hazırda İspaniya La Liqasının turnir cədvəlində 3-cü yerdədir. Xavinin yetirmələri 27 turda 58 xal toplayıb və lider Real Madriddən 8 xal geri qalırlar. Daha əvvəl “Barselona”nın idman direktoru Deko demişdi ki, Amorimi təcrübə çatışmazlığı səbəbindən “mavi qranatlar”ın sükanı arxasında görmür.







Transfer

Alvares üçün 200 milyon avro
  • Transfer
  • 22:13 20.04.2026
Alvares üçün 200 milyon avro