8 sentyabr 2024. Bazar günü

Donnarumma "Yuventus"a keçə bilər


  • Transfer
  • 14:42 06.03.2024
  • Oxunma sayı: 82
Donnarumma "Yuventus"a keçə bilər

PSJ və İtaliya millisinin qapıçısı Canluici Donnarumma "Yuventus"a keçə bilər. 

90deqiqe.Az  xəbər verir ki, Turin klubu 25 yaşlı qolkiperi almaqda maraqlıdır. "Qoca sinyora" italiyalını ideal qapıçı hesab edir və onun Canluici Buffonun varisi ola biləcəyini düşünürlər.

Futbolçu son günlər azarkeşlərlə yanaşı, mətbuatın da sərt tənqidlərinə məruz qalıb. Bundan əlavə, PSJ-nin baş məşqçisi Luis Enrike Donnarummanı şəksiz bir nömrə hesab etmir.

Donnarumma 2021-ci ilin iyulunda "Milan"dan PSJ-yə keçib. Onun müqaviləsi 2026-cı ilin iyununda başa çatır. Bu mövsüm italyan bütün turnirlərdə 31 oyun keçirib, o, 28 qol buraxıb və 14 qapını təmiz saxlayıb. Transfermarkt Donnarummanı 40 milyon avro qiymətləndirir.







Transfer

Andre Qomeş Fransa klubunda
  • Transfer
  • 22:32 06.09.2024
Andre Qomeş Fransa klubunda