24 oktyabr 2024. Cümə axşamı

"Atletiko" Dibalanı transfer etmək istəyir


  • Transfer
  • 15:55 06.03.2024
  • Oxunma sayı: 91
"Atletiko" Dibalanı transfer etmək istəyir

"Roma"nın hücumçusu Paulo Dibala "Atletiko Madrid"in yay transfer pəncərəsi üçün əsas hədəfidir.

90deqiqe.Az  xəbər verir ki, ispanlar uzun müddətdir ki, futbolçunu izləsələr də hələlik rəsmi müraciət etməyiblər.

"Atletiko Madrid"in baş məşqçisi Dieqo Simeone yenidən Dibalanı rəhbərlikdə istəyib. Mütəxəssis inanır ki, argentinalı komandanı lazımi keyfiyyət sıçrayışı ilə təmin edəcək.

Dibala üçün təzminat məbləği 12 milyon avrodur ki, bu da onun alınmasını olduqca sərfəli edir. Futbolçu da öz növbəsində "Roma"nın keçmiş baş məşqçisi Joze Mourinyonun gedişindən sonra ayrılmaq istəyib və La Liqada çıxış etmək arzusunu heç vaxt gizlətməyib.

Dibala paytaxt klubuna 2022-ci ilin iyulunda “Yuventus”dan köçüb. Onun müqaviləsi 2025-ci ilin iyununda başa çatır. Bu mövsüm 30 yaşlı hücumameyilli oyunçu bütün turnirlərdə 26 oyun keçirib, 13 qol vurub və 7 məhsuldar ötürmə edib. Transfermarkt portalı argentinalıya 25 milyon avro qiymət qoyub.

Daha əvvəl "Roma"nın Dibalaya yeni müqavilə təklif etməyə hazır olduğu bildirilirdi.







Transfer