- Transfer
- 18:38 24.11.2024
"Çelsi" klubu İspaniya La Liqasının ən perspektivli futbolçularından birinə göz dikib.
90deqiqe.Az "The Telegraph"a istinadən xəbər verir ki, söhbət "Atletik Bilbao"nun rənglərini qoruyan hücumçu Niko Uilyamsdan gedir.
"Zadəgankar" ispan futbolçuya görə müqavilədə göstərilən 45 milyon avronu təzminat olaraq ödəməyə hazırdır. Uilyamsın həftəlik maaşının 115 milyon avrodan çox olması londonluları bir qədər çaşdırıb.
Qeyd edək ki, “Çelsi” 21 yaşlı Uilyamsa göz dikən yeganə top klubdan uzaqdır. Cari İspaniya çempionatında Niko üç qol vurub və altı məhsuldar ötürmə edib.