- Transfer
- 18:38 24.11.2024
"Bavariya"nın baş məşqçisi Tomas Tuxel "Çelsi"yə qayıtmaq imkanı qazanıb.
90deqiqe.Az "Sport Bild"ə istinadən xəbər verir ki, alman çalışdırıcının karyerasını davam etdirmək üçün prioritet seçimi İngiltərənin başqa bir klubu olan “Mançester Yunayted”dir. Bununla belə, almaniyalı mütəxəssis "Çelsi"nin sahibi Todd Boleydən təklif alarsa, bu barədə düşünməyə hazırdır. Amerikalı funksionerin komandanın nəticələrinin əvvəllər indikindən qat-qat yaxşı olduğuna inandığı üçün belə bir addım ata biləcəyi qeyd olunur.
Daha əvvəl məlum olmuşdu ki, 50 yaşlı mütəxəssis cari mövsümün sonunda nəticələrdən asılı olmayaraq münhenliləri tərk edəcək.
Xatırladaq ki, Tuxel 2021-ci ilin fevralından 2022-ci ilin sentyabrına kimi “Çelsi”yə rəhbərlik edib. Onun rəhbərliyi altında londonlular üç kubok qazanıblar: Çempionlar Liqası, UEFA Superkuboku və Klublararası Dünya Çempionatı. Alman həm də “aristokratları” İngiltərə Kubokunun və İngiltərə Liqa Kubokunun finalına çıxarıb.
Daha əvvəl Tuçelin "Bavariya"da mümkün əvəzlənməsinin adı məlum olmuşdu.