24 oktyabr 2024. Cümə axşamı

"Yuventus" Kopmeinersin qiymətini bu təkliflə aşağı salacaq


  • Transfer
  • 22:08 06.03.2024
  • Oxunma sayı: 99
"Yuventus" Kopmeinersin qiymətini bu təkliflə aşağı salacaq

"Yuventus" yayda "Atalanta"nın yarımmüdafiəçisi Theun Koepmeinersi transfer etməkdə israrlıdır.

90deqiqe.Az “La Gazzetta dello Sport"a istinadən xəbər verir ki, “qoca sinyora” hollandiyalı üçün tələb olunan 60 milyon avro təzminat ödəmək niyyətində deyil, lakin rəhbərlik qiymət etiketini aşağı salmağın yolunu tapıb.

“Yuventus” eyni zamanda transfer bazarında böyük tələbat olan hücumçusu Matias Suleni müqaviləyə daxil etməyə hazırdır.

Bu mövsüm 20 yaşlı argentinalı "Frozinone"də icarə əsasında çıxış edir və İtaliya çempionatında 10 qol vurub, 2 məhsuldar ötürmə edib. Kopmainersə gəlincə, yarımmüdafiəçi A Seriyasında 8 qol vurub və 3 məhsuldar ötürmə edib.







Transfer