24 oktyabr 2024. Cümə axşamı

"Barselona" "Bavariya"dan Çoupo-Motinqi ala bilər


  • Transfer
  • 22:25 06.03.2024
  • Oxunma sayı: 86
"Barselona" "Bavariya"dan Çoupo-Motinqi ala bilər

"Bavariya"nın hücumçusu Erik Çoupo-Motinq karyerasını İspaniyada davam etdirə bilər.

90deqiqe.Az xəbər verir ki, "Barselona" kamerunlu futbolçunu transfer etməyi düşünür. Səudiyyə Ərəbistanı, İngiltərə və İtaliya klubları da forvard uğrunda mübarizə aparır.

Çoupo-Motinq yayda azad agent olacaq, ona görə də pulsuz olaraq müqavilə imzalana bilər.34 yaşlı futbolçu Münhen klubunun heyətində bu mövsüm 24 matçda iştirak edib, 3 qol vurub və 1 məhsuldar ötürmə edib.







Transfer