- Transfer
- 19:23 11.04.2026
“Roma” daha bir futbolçunun keçidini rəsmiləşdirib.
Corner.az klubun rəsmi saytına istinadən xəbər verir ki, paytaxt klubu “Atalanta”dan Canluka Mançinini transfer edib. 23 yaşlı müdafiəçi tibbi müayinədən keçdikdən sonra “Roma” ilə rəsmi müqavilə imzalayacaq.
Qeyd edək ki, italiyalı futbolçu 2017-ci ildən "Atalanta"da çıxış edirdi.