30 mart 2026. Bazar ertəsi

PSJ argentinalı üçün 70 milyon avro ödəyə bilər


  • Transfer
  • 09:26 07.03.2024
  • Oxunma sayı: 171
PSJ argentinalı üçün 70 milyon avro ödəyə bilər

"Porto"nun yarımmüdafiəçisi Alan Varela karyerasını top klubda davam etdirə bilər.

90deqiqe.Az xəbər verir ki, parislilər argentinalı yarımmüdafiəçini transfer etməyi düşünür. 22 yaşlı futbolçunun təzminat məbləği 70 milyon avrodur və Portuqaliya klubu futbolçunu daha az pula satmayacaq. Varela ilə "Liverpul" və "Borussiya Dortmund" da maraqlanır.

Bu mövsüm Varela "Porto"nun heyətində 30 oyun keçirib, 2 qol vurub və 2 məhsuldar ötürmə verib.







Transfer