15 avqust 2026. Şənbə

Qarabağ yeni transferini rəsmən açıqladı


  • Transfer
  • 17:30 17.07.2019
  • Oxunma sayı: 487
Qarabağ yeni transferini rəsmən açıqladı
Ölkəmizi Çempionlar Liqasında təmsil edən "Qarabağ" növbəti transferini reallaşdırıb.

Corner.az klubun rəsmi Feysbuk səhifəsinə istinadən xəbər verir ki, Ağdam təmsilçisi fransalı hücumçu Maqaye Qeyeni heyətinə cəlb edib. Transferin detalları barədə məlumat verilməyib.

Qeyd edək ki, 29 yaşlı Seneqal əsilli futbolçu "Strasburq"un yetirməsidir. Onun son iş yeri Türkiyənin "Osmanlıspor" klubu olub. Qeye karyerası ərzində Fransanın "Brest", İngiltərənin "Everton", "Milloull" və Türkiyənin "Adanaspor" komandalarında da çıxış edib.





Transfer