24 oktyabr 2024. Cümə axşamı

"Bavariya" onu Deyvisin əvəzləyicisi kimi nəzərdən keçirir


  • Transfer
  • 17:16 07.03.2024
  • Oxunma sayı: 92
"Bavariya" onu Deyvisin əvəzləyicisi kimi nəzərdən keçirir

"Bavariya" "Feyenoord"un sol cinah müdafiəçisi Quilindsha Hartmannı transfer etmək istəyir.

90deqiqe.Az-ın məlumatına görə, bu barədə jurnalist Ekrem Konur "X" sosial şəbəkəsində (keçmiş Twitter) yazıb.

O, Münhen klubunun əsas sol cinah müdafiəçisi Alfonso Deyvisin əvəzləyicisi axtarışında olduğunu və yaxın vaxtlarda 22 yaşlı futbolçu üçün konkret təkliflə Rotterdam rəhbərliyinə müraciət edə biləcəyini qeyd edib. 

Bildirilir ki, bəzi Premyer Liqa və A Seriya klubları da gənc müdafiəçinin xidmətində maraqlıdır.

Hartman 2010-cu ildən Feyenoord sistemindədir. Bu mövsüm müdafiəçi bütün turnirlərdə 35 oyun keçirib və 6 məhsuldar ötürmə edib. Futbolçunun Hollandiya klubu ilə müqaviləsi 2026-cı ilin iyunun sonuna kimi qüvvədədir. Transfermarkt internet portalına görə futbolçunun təxmini dəyəri 23 milyon avrodur.







Transfer