15 avqust 2026. Şənbə

Real Poqbadan imtina edir


  • Transfer
  • 17:39 17.07.2019
  • Oxunma sayı: 585
Real Poqbadan imtina edir
Manchester Unied'ın yarımmüdafiəçisi Pol Poqbanın "Real"a keçidi alınmaya bilər.

Corner.az "Marca" nəşrinə istinadən xəbər verir ki, buna səbəb "Qırmızı şeytanlar"ın fransalı futbolçu üçün tələb etdiyi təzminat məbləğidir. Manchester klubunun 26 yaşlı futbolçuya 200 milyon avro qiymət qoyub ki, bu da "Madrid klubu" üçün kifayət qədər yüksək məbləğdir.

İspaniya mətbuatı iddia edir ki, klub rəhbərliyi bununla Poqbanı komandada saxlamaq istəyir. Hətta komandanın baş məşqçisinin yeni mövsümdən kapitanlıq sarğısını Poqbaya həvalə edəcəyi bildirilir.

Qeyd edək ki, Poqba ilə "Real" və "Yuventus" klubları yaxından maraqlanır.





Transfer