24 oktyabr 2024. Cümə axşamı

"Real" "Lill"in futbolçusunu hədəfə aldı


  • Transfer
  • 14:55 09.03.2024
  • Oxunma sayı: 109
"Real" "Lill"in futbolçusunu hədəfə aldı

"Lill"in müdafiəçisi Leni Yoro karyerasını İspaniyada davam etdirə bilər.

90deqiqe.Az xəbər verir ki, 18 yaşlı futbolçu "Real Madrid" ilə maraqlanır.

Gənc futbolçunun Liqa 1 təmsilçisi ilə müqaviləsi 2025-ci ilin yayında başa çatır, lakin Fransa klubu futbolçusunu 100 milyon avrodan aşağı qiymətə satmağa hazır deyil.

"Real" bu məbləği qəbuledilməz hesab edir. "Los Blancos" Leni üçün 30 milyon avrodan çox pul ödəməyə hazırdır.







Transfer