24 oktyabr 2024. Cümə axşamı

PSJ Yamal üçün 200 milyon avro ödəməyə hazırdır


  • Transfer
  • 15:39 09.03.2024
  • Oxunma sayı: 101
PSJ Yamal üçün 200 milyon avro ödəməyə hazırdır

"Barselona"nın cinah oyunçusu Lamin Yamal karyerasını PSJ-də davam etdirə bilər.

90deqiqe.Az "Marca"ya istinadən xəbər verir ki, parislilər üçün 16 yaşlı futbolçu üçün "Barselona"ya 200 milyon avro təklif etməyə hazırdır.

Fransız nəhəngləri Yamalda bu yay PSJ-dən ayrılaraq "Real"a keçmək ehtimalı yüksək olan hücumçu Kilian Mbappenin uzunmüddətli əvəzini görür. Yamalın maraqlarını təmsil edən tanınmış futbol agenti Jorge Mendes bu həftə "Barselona"nın prezidenti Joan Laporta ilə görüşüb, bu transferin mümkünlüyünü müzakirə edib.

"Mavi qranatlılar"ın  Yamalın satılmasının əleyhinə olduğu, çünki klubun gələcəyini onda gördüyü vurğulanır.

Xatırladaq ki, Yamal bu mövsüm bütün turnirlərdə 37 matçda iştirak edib və bu oyunda 6 qol vurub və 7 məhsuldar ötürmə edib. Futbolçunun klubla hazırkı əmək müqaviləsi 2026-cı ilin yayına kimi nəzərdə tutulub. Transfermarkt portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 60 milyon avrodur







Transfer