15 avqust 2026. Şənbə

Vest Ham'dan rekord transfer


  • Transfer
  • 18:58 17.07.2019
  • Oxunma sayı: 524
Vest Ham'dan rekord transfer

 "Vest Hem” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Corner.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Premyer Liqa təmsilçisi, “Ayntraxt”ın 25 yaşlı futbolçusu Sebastien Halleri transfer edib. Fransalı futbolçu ilə 5 illik müqavilə imzalayan “Vest Hem”, futbolçu üçün klub tarixinin rekord məbləğini ödədiklərini bildirib.

Premyer liqa klubunun, gənc futbolçu üçün qarşı tərəfə 45 milyon avro təzminat ödədiyi bildirilir.







Transfer