8 sentyabr 2024. Bazar günü

"Mançester Yunayted" və "Çelsi" onun üçün yarışacaq


  • Transfer
  • 13:50 10.03.2024
  • Oxunma sayı: 87
"Mançester Yunayted" və "Çelsi" onun üçün yarışacaq

Fransanın "Lill" klubunun müdafiəçisi Leni Yoro karyerasını İngiltərə Premyer Liqasında davam etdirmək variantları var.

90deqiqe.Az “Football Transfers”ə istinadən xəbər verir ki, perspektivli futbolçunun xidmətində iki top-klub maraqlıdır. Söhbət “Mançester Yunayted” və “Çelsi”dən gedir. 18 yaşlı futbolçuya iddialılar siyahısında "Real Madrid" də var. Yoronun transfer qiyməti 25 milyon avro qiymətləndirilir.

Onun "Lill"lə 2025-ci ilin yayına qədər müqaviləsi var.

Fransa çempionatının bu mövsümündə Leni 23 oyun keçirib, iki qol vurub və üç sarı vərəqə alıb.







Transfer

Andre Qomeş Fransa klubunda
  • Transfer
  • 22:32 06.09.2024
Andre Qomeş Fransa klubunda