- Transfer
- 18:00 21.12.2025
"Çelsi"nin keçmiş sahibi Roman Abramoviç yeni futbol klubu ala bilər.
90deqiqe.Az "AS" nəşrinə istinadən xəbər verir ki, rusiyalı iş adamı "Valensiya"nı almaqda maraqlıdır. İspaniya komandasının azarkeşləri ümid edirlər ki, mümkün sahibi dəyişikliyi ilə klubun mövqeyi xeyli yaxşılaşacaq.
Xatırladaq ki, Roman Abramoviç 2003-cü ildə “Çelsi”nin sahibi olub. 2022-ci ildə rus oliqarxlarına qarşı tətbiq edilən sanksiyalardan sonra iş adamı ingilis klubunu satmaq qərarına gəlib. Abramoviç dövründə "Çelsi 19 il ərzində beş dəfə İngiltərə çempionu oldu, beş dəfə İngiltərə Kubokunu, üç dəfə Liqa Kubokunu, iki dəfə İngiltərə Super Kubokunu, hərəyə iki dəfə Çempionlar Liqasını və Avropa Liqasını və UEFA Super kubokunu qazanıb. Bir dəfə kubok, bir dəfə isə Klublararası Dünya Çempionatında qələbə qazanıb.
"Valensiya" hazırda İspaniya La Liqasında 27 matçdan sonra 40 xalla səkkizinci yerdədir.