24 oktyabr 2024. Cümə axşamı

"Çelsi" "Real" ilə mübarizədə


  • Transfer
  • 13:26 14.03.2024
  • Oxunma sayı: 74
"Çelsi" "Real" ilə mübarizədə

"Çelsi" "Bavariya"nın müdafiəçisi Alfonso Devislə maraqlanır.

90deqiqe.Az-ın “Thesecretcout"a istinadən məlumatına görə London klubu yayda kanadalı futbolçunu heyətinə qatmaq niyyətindədir, lakin mavi-qaralar onun üçün mübarizə aparmalı olacaq.

Daha əvvəl bildirilirdi ki, “Bavariya” Devislə yeni müqavilə ilə bağlı danışıqlarda çətinlik çəkir, çünki futbolçu ildə təxminən 20 milyon avro qazanmaq niyyətindədir.

Bildirək ki, futbolçu "Real" ilə də şəxsi razılıq əldə etdiyi iddiaları yayılmışdı.

Davisin Münhen klubu ilə hazırkı müqaviləsi gələn ilin iyun ayının sonuna qədərdir. Transfermarkt portalı Kanada millisinin oyunçusunu 70 milyon avro dəyərində qiymətləndirir. Bu mövsüm 23 yaşlı müdafiəçi "Bavariya"nın heyətində 30 oyun keçirib, bu oyunda 1 qol vurub və 3 məhsuldar ötürmə verib.







Transfer