- Transfer
- 18:38 24.11.2024
Hücumçu Meyson Qrinvud yayda klubunu dəyişə bilər.
90deqiqe.Az xəbər verir ki, ingilis futbolçu ilə "Atletiko Madrid" maraqlanır.
Madrid klubu Qrinvud uğrunda yarışda üstünlüyə malik olacaq, çünki "Barselona" 22 yaşlı hücumçuya olan marağından əl çəkib.
“Atletiko” başa düşür ki, Qrinvudun transferinə azarkeşlərin mənfi reaksiyası ehtimalı var.Lakin klub futbolçunun istedadından yararlanacağına inanır.
Meyson Qrinvud hazırda “Xetafe”də icarə əsasında çıxış edir. Mövsümün 26 matçında forvard 8 qol vurub və 5 məhsuldar ötürmə edib. Qrinvud əvvəllər də zorakılıqda ittiham olunub. İttihamlar 2023-cü ilin fevralında ləğv edildi, lakin Mançester Yunayted oyunçunu əsas komandaya qaytarmamaq qərarına gəldi.