- Transfer
- 20:44 11.04.2026
“Milan” klubu “Liverpul”un müdafiəçisi Deyan Lovreni heyətinə qatmaq istədiyini xəbər vermişdik.
Corner.az İtaliya mətbuatına istinadən xəbər verir ki, İtaliya təmsilçisi artıq bu transferdən imtina edib. Buna səbəb isə Liverpool'un xorvatiyalı futbolçu üçün 20 milyon avro istəməsi olub.
Bu keçiddən imtina edən “Milan”, “Manchester United”in 25 yaşlı futbolçusu Erik Bayini transfer etmək niyyətindədir. “Milan”ın Erik üçün ən qısa zamanda “qırmızı şeytanlar”a təklif göndərəcəyi bildirilir.
Qeyd edək ki, Bayinin “Qırmızı şeytanlar”la müqaviləsi 2020-ci ildə bitir.