24 oktyabr 2024. Cümə axşamı

"Bavariya" onu almaq üçün oyunçularını satmağa hazırdır


  • Transfer
  • 12:18 15.03.2024
  • Oxunma sayı: 74
"Bavariya" onu almaq üçün oyunçularını satmağa hazırdır

"Bavariya" "Barselona"nın müdafiəçisi Ronald Arauxoya olan marağını azaltmır.

90deqiqe.Az "Mundo Deportivo"ya istinadən xəbər verir ki, alman klubu "blauqrana"nın futbolçu ilə 100 milyon avroya ayrılmağa hazır olacağına inanır.

Mənbə qeyd edir ki, Arauxo Münhen nəhəngi üçün transfer bazarında prioritet hədəfdir.

"Bavariya" hətta Ronaldı almaq üçün bəzi oyunçularını qurban verməyə hazırdır. Belə ki, klub müdafiəçini transfer etmək üçün lazımi maliyyə vəsaiti tapmağı planlaşdırır.

Ronald 2018-ci ildən "Barselona"da çıxış edir. Tərəflər arasında mövcud əmək müqaviləsi 2026-cı ildə başa çatır.







Transfer