24 oktyabr 2024. Cümə axşamı

"Aston Villa" ispan qolkiperi 60 milyon avroya ala bilər


  • Transfer
  • 12:44 15.03.2024
  • Oxunma sayı: 103
"Aston Villa" ispan qolkiperi 60 milyon avroya ala bilər

"Atletik Bilbao"nun qapıçısı Unai Simon yay transfer pəncərəsində komandasını dəyişə bilər.

90deqiqe.Az "Todofichajes"ə istinadən xəbər verir ki, ispan qapıçının İngiltərə Premyer Liqasında çıxış etmək imkanı var. Birmingemin "Aston Villa" klubu Saymonun xidmətində maraqlıdır. “Aslanlar” son bir neçə ay ərzində basklarla danışıqlar aparıb. Potensial transfer məbləği təxminən 60 milyon avro ola bilər.

26 yaşlı qolkiper 2018-ci ilin yayından "Atletik"də çıxış edir. Tərəflər arasında mövcud əmək müqaviləsi 2025-ci ilin iyun ayının sonunda başa çatır.







Transfer