- Transfer
- 18:38 24.11.2024
"Mançester Yunayted"in hücumçusu Markus Reşford karyerasını Fransada davam etdirə bilər.
90deqiqe.Az xəbər verir ki, PSJ futbolçunu transfer etməkdə maraqlıdır. Parisin top-klubunun rəhbərliyi növbəti transfer pəncərəsində ingilislə müqavilə imzalamağı planlaşdırır.
PSJ Reşforda həftəlik 585 min avro maaşla sərfəli müqavilə təklif edir. Markusun "qırmızı şeytanlar"la 2028-ci ilin ortalarına qədər müqavilə öhdəlikləri var. Hücumçunun transfer qiyməti 60 milyon avrodur.