27 iyul 2024. Şənbə

Osimhen “Arsenal” və “Çelsi” arasında seçim etdi


  • Transfer
  • 14:14 15.03.2024
  • Oxunma sayı: 70
Osimhen “Arsenal” və “Çelsi” arasında seçim etdi

Hücumçu Viktor Osimhenin yay transfer pəncərəsində İngiltərə Premyer Liqasına yollanacağı görünür.

 90deqiqe.Az " TEAMtalk"a istinadən xəbər verir ki, “Arsenal” Osimhen uğrunda yarışda “Çelsi”ni qabaqlayır.Qeyd olunur ki, 25 yaşlı futbolçu "təqaüdçülər"in düşərgəsinə yox, "topçular"ın düşərgəsinə keçməyə üstünlük verir.

Yanvar ayında nigeriyalı karyerasında yeni mərhələ üçün "Napoli"dən ayrılacağına işarə vurmuşdu.

Qeyd edək ki, hazırda “Arsenal” Premyer Liqa turnir cədvəlində birinci, “Çelsi” isə on birinci yerdədir. Nüfuzlu Transfermarkt portalının mütəxəssisləri Viktor Osimeni 110 milyon avro qiymətləndirirlər.







Transfer

PSJ-ni  "Arsenal"a dəyişir
  • Transfer
  • 12:35 26.07.2024
PSJ-ni "Arsenal"a dəyişir