24 oktyabr 2024. Cümə axşamı

Lukaku Avropanı tərk edə bilər


  • Transfer
  • 11:03 16.03.2024
  • Oxunma sayı: 77
Lukaku Avropanı tərk edə bilər

 "Roma"nın hücumçusu Romelu Lukaku Səudiyyə Ərəbistanı çempionatına keçə bilər.

90deqiqe.Az xəbər verir ki, bu barədə jurnalist Nikolo Skira şəxsi "X" (keçmiş "Tvitter") sosial hesabında yazıb.

 İnsayderin sözlərinə görə, adı açıqlanmayan klub 30 yaşlı hücumçunu transfer etməyə hazırdır.

Xatırladaq ki, Romelu mövsümün sonuna kimi romalılarda icarə əsasında çıxış edir. Onun tam müddətli müqaviləsi Londonun “Çelsi” klubuna məxsusdur. Bu mövsüm Lukaku bütün yarışlarda 36 oyun keçirib. Belçikalı 18 qol vurub və 4 məhsuldar ötürmə edib. Hücumçunun transfer dəyəri 35 milyon avro qiymətləndirilir.







Transfer