24 oktyabr 2024. Cümə axşamı

"Mançester Yunayted" ispan hücumçunu almaq istəyir


  • Transfer
  • 14:59 16.03.2024
  • Oxunma sayı: 95
"Mançester Yunayted" ispan hücumçunu almaq istəyir

"Atletik Bilbao"nun hücumçusu Niko Uilyams İngiltərə Premyer Liqasının daha bir təmsilçisinin hədəfinə çevrilib.

 90deqiqe.Az "Todofichajes"ə istinadən xəbər verir ki, "Mançester Yunayted" 21 yaşlı futbolçunu transfer etmək istəyir.

Mənbənin sözlərinə görə, “qırmızı şeytanlar” rəhbərliyi istedadlı futbolçunu yay transfer pəncərəsində almağa cəhd edəcək.

Nikonun bazar dəyəri 50 milyon avro olaraq qiymətləndirilir. O, 2027-ci ilin yayına qədər basklarla müqavilə ilə bağlıdır. Əvvəllər mətbuatda Londonun üç klubunun: "Arsenal", "Çelsi" və "Tottenhem"in ispan oyunçuya maraq göstərdiyi bildirilirdi.







Transfer