- Transfer
- 18:16 30.03.2026
"Mançester Yunayted"in sabiq qapıçısı David De Xea karyerasını İspaniyada davam etdirə bilər.
90deqiqe.Az xəbər verir ki, “Betis” növbəti mövsüm üçün rəqabətədavamlı komanda yaratmağa çalışır. Qapıçı Klaudio Bravo 2024-cü il iyunun 30-da müqaviləsi başa çatdıqdan sonra klubu tərk edəcək.
La Liqa klubunun baş məşqçisi Manuel Pelleqrininin bəyəndiyi qapıçılardan biri də De Xeadır.