24 oktyabr 2024. Cümə axşamı

"Liverpul" 100 milyonluq futbolçu alır


  • Transfer
  • 20:23 16.03.2024
  • Oxunma sayı: 116
"Liverpul"  100 milyonluq futbolçu alır

"Liverpul" yay transfer pəncərəsi üçün heyətini gücləndirməyi planlaşdırır.

 90deqiqe.Az "Football Insider"ə  istinadən xəbər verir ki, "qırmızılar" "Bavariya"dan hücumameyilli yarımmüdafiəçi Camal Musialanı transfer etmək istəyir.

Qeyd olunur ki, "Bavariya" Musialanı itirmək istəmir, ona görə də futbolçuya böyük qiymət etiketi - 100 milyon funt-sterlinq (təxminən 117 milyon avro) yapışdırıblar. 21 yaşlı Musiala ilə "Mançester Siti" də maraqlanır.

Daha əvvəl futbolçunun Premyer Liqada oynamaq istəyi ilə bağlı mətbuata məlumatlar sızmışdı. İddialara görə, Camal hətta Bayern-in yeni müqavilə təklifini rədd edib; onun hazırkı əmək müqaviləsi 2025/2026 mövsümünün sonuna qədərdir.

 







Transfer