24 oktyabr 2024. Cümə axşamı

"Çelsi" PSJ ilə yarışacaq - Kimin üçün?


  • Transfer
  • 20:36 16.03.2024
  • Oxunma sayı: 102
"Çelsi" PSJ ilə yarışacaq - Kimin üçün?

PSJ və "Çelsi" skautları "Barselona"nın müdafiəçisi Pau Kubarsi ilə birlikdə Çempionlar Liqasının 1/8 finalında "Napoli"yə qarşı oynayarkən izləyiblər.

90deqiqe.Az xəbər verir ki, bu barədə jurnalist Ekrem Konur şəxsi "X" (keçmiş "Tvitter") sosial hesabında yazıb. O sözügedən klubların yay transfer pəncərəsi zamanda futbolçu üçün mübarizə aparacağını qeyd edib.

 17 yaşlı Kubarsi “Mançester Yunayted”, “Mançester Siti” və “Arsenal”ın da radarındadır.

Pau Kubarsi "Barselona"nın əsas komandasında fəal oynamağa başlayıb. Gənc müdafiəçi əsas komandanın 12 rəsmi oyununda iştirak etməyi bacarıb. Nüfuzlu Transfermarkt portalının mütəxəssisləri Kubarsini 1,5 milyon avro qiymətləndirirlər.







Transfer