27 iyul 2024. Şənbə

"Mançester Yunayted"i "Vest Hem"ə dəyişir?


  • Transfer
  • 17:00 17.03.2024
  • Oxunma sayı: 87
"Mançester Yunayted"i "Vest Hem"ə dəyişir?

"Vest Hem" yayda "Mançester Yunayted"in futbolçusu Harri Maquayrə təklif göndərəcək.

90deqiqe.Az xəbər verir ki, "çəkiclər" ingilis futbolçu üçün 15 milyon funt-sterlinq təklif etməyə hazırlaşır. 

"Vest Hem"in baş məşqçisi Devid Moyes futbolçunun transferini şəxsən rəhbərlikdən istəyib.

"Vest Hem" daha əvvəl 31 yaşlı ingilisi heyətinə qatmağa çalışsa da, cəhdləri uğursuz alınıb. İndi London klubu sövdələşmənin baş tuta biləcəyinə inanır. "Vest Hem" Maquayre 2-3 illik müqavilə təklif edəcək. Transfer məbləği 15-20 milyon funt sterlinq ola bilər.

Maquayre 2019-cu ilin avqustundan “Mançester Yunayted”də çıxış edir. Onun müqaviləsi 2025-ci ilin iyununda başa çatır, lakin bir il uzadıla bilər. Bu mövsüm mərkəz müdafiəçisi bütün turnirlərdə 23 oyun keçirib, 2 qol vurub, 2 məhsuldar ötürmə edib, həmçinin 4 sarı vərəqə alıb. Transfermarkt portalı ingilis futbolçunu 20 milyon avro dəyərləndirir.







Transfer

PSJ-ni  "Arsenal"a dəyişir
  • Transfer
  • 12:35 26.07.2024
PSJ-ni "Arsenal"a dəyişir